Bizim ideyalarımız - sizin gələcəyinizdir

Azərbaycan

Azərbaycan "ITU Telecom World” beynəlxalq sərgi-konfransında iştirak edib

  • 2018-09-21 14:37:39

Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən ənənəvi olaraq hər il təşkil edilən “ITU Telecom World” beynəlxalq sərgi-konfransı öz işinə başlayıb

Beynəlxalq arenada telekommunikasiya sahəsində ən böyük tədbir hesab olunan “ITU Telecom World” bu il Cənubi Afrika Respublikasının Durban şəhərində keçirilir.

13 sentyabradək davam edəcək qlobal tədbirin beynəlxalq tərəfdaşlarından biri də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. Sərgi-konfransda Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir. Nümayəndə heyətinin tərkibində nazirliyin qurumları, özəl İKT şirkətləri və startaplar təmsil olunurlar.

Ölkəmiz 2009-cu ildən etibarən davamlı olaraq "ITU Telecom World" sərgilərində Milli Pavilyon ilə təmsil olunur.

Azərbaycan