Bizim ideyalarımız - sizin gələcəyinizdir
CentOS-in Red Hat şirkətinə keçməsindən sonra bu layihəyə bir çox dəstək anons olunmuşdu. Lakin CentOS 8 üzərində iş statusu qrafikdən geri qalır. Bu barədə Opennet.ru saytı xəbər verib. Status yenilənmələri üzrə verilmiş bəyanatlara baxmayaraq yalnız yükləmə səhifəsi və quraşdırma serveri hazırlanıb. Koji statistikasına əsasən isə həmin serverdə həftədə bir dəfə nəsə yığılır.
Hələ də sıfırıncı quraşdırma dövrü sona çatdırılmayıb. Halbuki o, may ayında yekunlaşdırılmalıydı. Sıfırıncı dövr zamanı digər paketərin yığılması üçün minimal paketlər toplusu yaradılır. Daha sonra isə bu yaradılmış paketlər toplusu növbəti quraşdırma dövrləri çərçivəsində genişlənir. Nüvənin yığılması hələki MDS(Microarchitectural Data Sampling) boşluqlarının həll olunmaması ilə yığılır.
MDS-i bloklayacaq patçlara sahib nüvənin nə zaman işıq üzü görəcəyi barəsində bir məlumat yoxdur. Bununla yanaşı paketlərin ilkin tekst qiymətləndirilməsi, Red Hat brendinin elementlərinin silinməsi üçün patçlara hazırlıq və tərz tərtibatının seçimi üzərində işlər də yekunlaşdırılmayıb. Daha öncə CentOS-in əhəmiyyətli versiyaları Red Hat Enterprise Linux-un işıq üzü görməsindən bir və ya iki ay sonra təqdim olunurdu.