Bizim ideyalarımız - sizin gələcəyinizdir

Dünyanın ən güclü superkompüteri təqdim olunub

Dünyanın ən güclü superkompüteri təqdim olunub

  • 2018-09-26 10:32:54

Dünyanın ən güclü superkompüterini ABŞ-ın energetika departamenti təqdim edib. “Summit” superkompüterinin ən yüksək məhsuldarlığı 200 petaflopsa (saniyədə 200 kvadrilyon hesablama) çatır. Bu, ABŞ-ın bundan əvvəlki ən güclü superkompüteri – “Titan”ın məhsuldarlığından təxminən 7 dəfə yüksəkdir.

“Summit” superkompüterinə sərf olunan enerjinin həcmi ilə 8.100 evi enerji ilə təmin etmək mümkündür. Superkompüter iki tennis kortunun ümumi ərazisini tutan 4 min 608 server stansiyasından ibarətdir.  Sistemin soyudulmasını effektiv etmək üçün onun kanallarından hər dəqiqə ərzində 18 min litrdən çox su keçir.

Dünyanın ən güclü superkompüteri təqdim olunub