Bizim ideyalarımız - sizin gələcəyinizdir

Huawei-in Yeni Əməliyyat Sistemi Mate 30 telefonu ilə Gələ bilər

Huawei-in Yeni Əməliyyat Sistemi Mate 30 telefonu ilə Gələ bilər

  • 2019-06-19 15:12:48

Huawei'nin, Amerika Birləşmiş Ştatlarının qara siyahısına düşdüyünə  görə Android əməliyyat sisteminə girişini itirdi və öz əməliyyat sistemini yaratmaq üçün çalışdığını bilirdik. İndi,məlumatlara görə, OakOS adlı OS, Mate 30 ilə birlikdə təqdim olacaq.

 

Huawei öz əməliyyat sistemini bir neçə aydan bir ehtiyat kimi inkişaf etdirməsi haqqında məlumatımız var idi. Əməliyyat sistemi Çində HongMengOS kimi tanınsa da, OakOS üçün ticarət markası olaraq qarşımıza çıxdı. Bir çox insan ArkOS adınında ola biləyinin qənaətindədir. Qlobal Times qəzetinin bildirdiyinə görə əməliyyat sistemi Mate30 telefonundan əvvəl də elan edilə bilər.

 

Əməliyyat sistemi, ən çox ehtimal ki, Android açıq kodları əsasında hazırlanacaq. Bu nöqteyi nəzərdən baxdıqda isə Huawei-in mövcud proqramlarından fərqli bir şey ortaya çıxmayacaq. Həmçinin, telefonda Google tətbiqləri olmayacaq, ancaq onları yükləyə biləcəksiniz. Huawei Mate 30-un oktyabr ayında gəlməsi gözlənilir.

 

Huawei-in Yeni Əməliyyat Sistemi Mate 30 telefonu ilə Gələ bilər