Bizim ideyalarımız - sizin gələcəyinizdir
İlk dəfə Çinin Vuhan şəhərində ortaya çıxan Koronavirus pandemiyası (Covid-19) dünyada 125 mindən çox insanın ölümünə səbəb olaraq bütün həyatı alt-üst etmişdir. Bu günə qədər 6.15 milyondan çox yoluxma faktı qeydə alınmasına baxmayarq, hələ də bu virusla mübarizədə dünya səhiyyəsi bir çıxış yolu tapa bilməyib. Koronavirus dünya iqtisadiyyatına da bir sıra zərbələr vurdu. Bəzi sektorlar virus səbəbiylə ağır iqtisadi itkilər versə də, bəzi sektorlar tam tərsi daha çox pul qazanmağa başladı. Koronavirus səbəbiylə qlobal olaraq itirən və qazanan sektorları sizlərə təqdim edirik:
Təyyarələr uçmur artıq...
Aviaşirkətlər Koronavirusun ən çox iqtisadi zərər verdiyi sektorların başında gəlir. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası IATA-ya görə, aviasiya sənayesi 2020-ci ildə 113 milyard dollara qədər zərər görə bilər. Bu rəqəm hava nəqliyyatında 19% azalma deməkdir. Ən az zərərin isə 63 milyard Amerika dolları olaraq hesablandığı ifadə edildi.
Səyahət? Ev daha yaxşıdır...
Dünyadakı səyahət agentlikləri, otellər, restoranlar Koronavirus səbəbiylə ciddi problem yaşayır. Virus səbəbiylə insanlar səyahət etməkdən qorxduqları üçün turizm bölgələri boşdur. Mütəxəssislər turizm sənayesinin 11 sentyabr 2001-ci il hücumundan sonra ən böyük böhran yaşaya biləcəyini söyləyirlər. Dünya turizm sənayesi 6,6 trilyon dollara başa gəlir ki, bu da qlobal ticarətin 10%-i deməkdir. Çində yalnız 25 milyon turistin səyahət etməkdən çəkinəcəyi təxmin edilir.
Sərgilər də ləğv edildi...
Dünyadakı sərgi sektorunun böyüklüyü 14 milyard avrodur. Lakin, koronavirus səbəbindən bu günə qədər onlarla yarmarka ləğv edildi.
Boş cinemalar...
Koronavirusu səbəbi ilə insanlar ictimai yerlərdə olmaqdan qorxurlar. Bu səbəbdən konsert, teatr və cinema salonları boş qaldı.
Ev yeməkləri daha dəyərli oldu...
Korona virusundan qorunmaq üçün gigiyena çox vacibdir. Bu səbəbdən insanlar çöldə yemək yeməyi üstün tutmurlar. Restoran və iaşə şirkətləri müştərilərin ortalama 38% azalfığını bildirirlər.
Boş stadionlar...
Koranavirusun ən çox təsir etdiyi sahələrdən biri idman yarışları oldu. Bir çox ölkədə idman tədbirləri təxirə salınır və ya tamaşaçısız oynanılır. Avropadakı tanınmış futbol liqalarının bir çoxu pandemiya səbəbindən ertələndi. Amerika basketbol liqası NBA belə basketbol maçlarını bilinməyən bir tarixə qədər təxirə saldı.
Ödənilməyən kreditlər...
Koronavirusun ən çox təsir etdiyi sektorlardan biri də bankçılıqdır. Müştərilərin əksəriyyəti kreditlərini ödəyə bilmədikləri üçün banklar çətin vəziyyətə düşmüş durumdadır. Dünyanın ən böyük banklarından biri olan Deutsche Bank-ın belə səhmləri 17% dəyərdən düşdü. Avropa Mərkəzi Bankı artıq faiz dərəcələrini sıfır faiz səviyyəsində saxlayır.
Virus nəticəsində qazanan sektorlardan biri dezinfeksiya və təmizlik məhsulları istehsal edən şirkətlər oldu. Bu şirkətlər artıq verilən sifarişləri qəbul etməkdə çətinlik çəkirlər.
Dərman şirkətləri və apteklər.
Əczaçılıq şirkətləri Koronavirusu müalicə edəcək dərmanı tapmaq üçün zaman yarışındadırlar. Peyvəndi ilk istehsal edən şirkət böyük pul qazanacaqdır. Gündəlik həyatda insanlar koronavirusdan qorunmaq və immunitet sistemini güclü saxlamaq üçün apteklərə axın edirlər. Apteklərin qarşısında uzun növbələr yaranarkən, dərman şirkətləri istehsal güclərini də artırırlar.
Qida sənayesi.
Koronavirus səbəbindən yaranan çaxnaşma bütün dünyada hökm sürür. İnsanlar koronavirus səbəbindən qıtlığın olacağını düşünərək bazarlara və marketlərə axın edir. Quru qidalara daha çox üstünlük verildiyinə görə makaron və digər taxıl məhsullarına aid qida ehtiyatları tükənib. Bu sahədə fəaliyyət göstərən şirkətlər istehsal güclərini artıraraq tələbə cavab verməyə çalışırlar.
Netflix, Amazon Prime, Hulu...
Koronavirus səbəbiylə qorxu bütün dünyada hökm sürür. Bir çox ölkədə milyonlarla şəhərə karantin tətbiq edilmişdir. İnsanlar heçbir yerə gedə bilmədikləri üçün evdə qalmağa üstünlük verirlər. Buna görə də evdə qalanlara internet üzərindən video xidmətləri təqdim edən Netflix, Amzon Prime, Hulu və s. kimi şirkətlərə tələb artdı. Bu kimi şirkətlərin səhmləri birjada dəyər qazanmaqla yanaşı çoxlu gəlir də gətirə bildi.