Bizim ideyalarımız - sizin gələcəyinizdir

Microsoft və onun sualtı data-mərkəzi layihəsi

Microsoft və onun sualtı data-mərkəzi layihəsi

  • 2018-09-18 11:18:34

Server avadanlığı üçün effektiv soyutma üsullarınını axtararaq,  Microsoft şirkəti dünyanın ən ekstrimal data-mərkəzlərindən birini yaratdı.

Özündə 864 server yerləşdirən data-mərkəzi Şotlandiyadaki Orkney adaları yaxınlığında, Şimali dənizin 35 metr dərinliyində quraşdırılıb. Belə konteynerin bortunda 27.6 PB (27 600 TB) məlumat yerləşdirilə bilər.

Məlumat mərkəzi enerji qaynağına və internetə sualtı kabel vasitəsilə qoşulur. Serverlərin 5 il ərzində suyun altında qalması planlaşdırılır, onların saxlanılma xərclərini azaltmaq məqsədiylə isə, soyuma üçün dəniz suyundan istifadə edilir.

Microsoft və onun sualtı data-mərkəzi layihəsi